Ana Sayfa > Manşet / Gündəm > 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq - Vaxt məlum oldu

2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq - Vaxt məlum oldu


4-05-2018, 09:50. Yazar: sevinc1
2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq - Vaxt məlum oldu


Azərbaycan Milli Məclisi 2018-ci ilin dövlət büdcəsinə yenidən baxacaq.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin mayın 15-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.



Bildirilib ki, büdcə ilə bağlı sənədin müzakirələrindən asılı olaraq, dövlət büdcəsinə müəyyən dəyişikliklər ediləcək.

Son illər dövlət və icmal büdcələrə yenidən baxılaraq düzəlişlərin edilməsi neftin dünya bazarındakı qiymətindən və manatın məzənnəsindən asılı olur.


Xatırladaq ki, Azərbaycan Respublikasının 2018-ci il üzrə dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Dünya bazarında isə hazırda neftin barreli 70-73 dollara satılır. Bu isə büdcəyə əlavə gəlirlərin daxil olduğunu deməyə əsas verir.

Qeyd edək ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat məbləğində təsdiqlənib.

aia.az
Geri dön