Ana Sayfa > Manşet / Gündəm > Novruz Məmmədovdan QƏRAR: Məbləğ artırıldı
Novruz Məmmədovdan QƏRAR: Məbləğ artırıldı4-05-2018, 09:32. Yazar: sevinc1 |
“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. aia.az-ın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2018-ci il 22 fevral tarixli sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı hər iş saatı üçün 2 manatdan 6 manata qaldırılıb. aia.az Geri dön |