Ana Sayfa > Aia TV > ANAR rus şou-biznes aləmində növbəti bombasını partladı - VİDEO

ANAR rus şou-biznes aləmində növbəti bombasını partladı - VİDEO


3-05-2018, 17:29. Yazar: sevinc1






Pop star ANAR Rusiya şou-biznesində növbəti qələbəsini qeyd edir.

aia.az-ın məlumatına görə, "Не виновата" (Günahkar deyil) mahnısı ilə qardaş ölkənin hit-paradlarında özünə layiqli yer tutan ANAR, həm də sözügedən ifasına çəkdirdiyi ekran işi ilə gündəm yaratmaqda davam edir. Belə ki, sevimli ulduzun çəkdirdiyi bu klip Azərbaycan müğənniləri arasında ilk dəfə "Youtube" kanalının daxilində fəaliyyət göstərən və Rusiyanın ən böyük musiqi kanallarından hesab olunan “Ello Tv”ya yenidən daxil olub.
Söz və musiqisi Yuliya Bespalovaya məxsus olan "Не виновата" (Günahkar deyil) adlı mahnının klip çəkilişləri Barselonada baş tutub. Mahnıya çəkilən ekran işi Məryəm Jemcujina tərəfindən ərsəyə gəlib. Bahalı klipləri və məşhurluğu ilə rus ulduzları ilə rəqabətini davam etdirən ANARdan yeniliklər gözləməyə hazır olun.

aia.az


Geri dön