Ana Sayfa > Manşet / Siyasət > Yeni sədr iki generalı işdən azad etdi
Yeni sədr iki generalı işdən azad etdi3-05-2018, 15:00. Yazar: admin |
Dövlət Gömrük Komitəsində iki general sərəncama göndərilib. AİA.Az Unikal.org-a istinadən xəbər verir ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifəsindən azad edilərək, sərəncama göndərilib. Sadiq Abduyev sayta açıqlamasında bildirib ki, hazırda rəhəbri olduğu qurumda və Gömrük Hospitalında hüquqi araşdırma aparılır: "Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək” AİA.Az Geri dön |