Ana Sayfa > Karusel / Ölkə > Mərhum jurnalistin bacısı kömək istəyir - İcra Hakimiyyəti XƏBƏRDARDIR

Mərhum jurnalistin bacısı kömək istəyir - İcra Hakimiyyəti XƏBƏRDARDIR


2-05-2018, 14:42. Yazar: sevinc1
Mərhum jurnalistin bacısı kömək istəyir - İcra Hakimiyyəti XƏBƏRDARDIR


Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan məcburi köçkün Sevinc Əliyevanın mənzil problemi həll olunmadığından, o, çətin vəziyyətə düşüb.
Sevin Əliyevanın Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində yerləşən evi martın əvvəllərində yanıb kül olub.

Modern.az-ın məlumatına görə, mərhum jurnalistin bacısı indiki durumu haqda deyib:


“İki aydır evim yanıb. Əli Həsənovun zamanında “Qaçqınkom” mənə tezliklə ev veriləcəyini vəd etsə də, bunu gerşəkləşdirmədi... Zəngilan rayon İcra Hakimiyyəti də mənə kömək etmir, vəd olunan kirayəpulunu vermirlər. İndi bu vəziyyətdə mən nə etməliyəm?! Mən dövlətimizə güvənirəm!”. İnanıram ki, aidiyyatı orqanlar nəhayət kömək edəcəklər”.


Zəngilan rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ceyhun Həsənov Modern.az-a açıqlamasında məsələyə bu cür münasibət bildirib.

“Zəngilan rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər vəzifəli şəxslər Sevinc xanımın yaşadığı yerdə olublar. Məsələ həm icra başçısının, həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzarətindədir. Hazırda həmin məsələ üzərində iş gedir. Yaxın günlərdə problem qaydasına qoyulacaq”.

aia.az
Geri dön