Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda məşhur şirkətə hücum - 70 min manat apardılar

Azərbaycanda məşhur şirkətə hücum - 70 min manat apardılar


2-05-2018, 10:56. Yazar: sevinc1
Azərbaycanda məşhur şirkətə hücum - 70 min manat apardılar


Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, "Veysəloğlu" Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar.

Məlumata görə, çantanın içərisində "Veysəloğlu" Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön