Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Xəstələrə qənim kəsilən “işbaz həkimlər” - VİDEO
Xəstələrə qənim kəsilən “işbaz həkimlər” - VİDEO1-05-2018, 15:17. Yazar: sevinc1 |
Böyük sürətlə həyatımıza daxil olan internet artıq gündəlik rejimimizin bir parçasına çevrilib. Təbii olaraq hər bir istifadəçi internetdən öz maraqlarına uyğun yararlanır. Kimisi işilə bağlı, kimisi özünüreklamla bağlı, kimisi də sadəcə vaxt “öldürmək” üçün... Son vaxtlar isə sosial şəbəkələrdə həkim reklamlarının sayı artıb. Təbii ki, həkimlərin daxil olduğu əməliyyatlar, ona müraciət edənlər üzərindən apardığı reklam kampaniyaları daha çox pasiyent cəlb etməyə hesablanıb. Pasiyent çoxaldıqca, həkimin qəbulu, müayinə qiymətləri də “şişməyə” başlayır. Ötən gün Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yayıb. Rəsmi məlumata görə, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında uzun müddətdir efirlərdə reklam olunan tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib. (minval.info) Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir. Belə ki, ginekoloq Natiq Məhərrəmov həmin verilişdə tez-tez reklam edilir, mükəmməl, peşəkar, xeyirxah, xəstələrini düşünən biri kimi göstərilir. Bu yolla da verilişi izləyən minlərlə insan həkimin tələsinə düşüb, onun qəbuluna yollanıblar. O da saxta dərmanları xəstələrinə aldıraraq həm sağlamlıqları ilə oynayıb, həm də onları borca salıb. Bu yolla da özü üçün yaxşı gəlir əldə edib. Əldə etdiyi bu gəlirlərlə də efirdə jestlər edib, verilişə sponsor olub. Atalar demiş “Qaz gələcək yerdən toyuq əsirgənməz”. Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a deyir ki, diplomunu pulla almış həkimlərin sayı həddindən çoxdur: “Azərbaycan Beynəlxalq Universitetindən və digər bəzi “təhsil ocaqları”ndan müxtəlif yollarla diplom alan, anatomiyanı bilməyən, dərin savada malik olmayan xeyli adamın qəbuluna getsəz, düşə bilməyəcəksiniz. Bu gün insanlarda falçılıq təfəkkürü var. Sosial şəbəkələr, televiziyalar, radiolarda kifayət qədər o cür “həkimlər”in reklamı gedir. Efirlərdə elə həkimlər reklam olunur ki, adam baxmağa utanır: “bir nömrəli həkim”, “dünyada analoqu olmayan həkim”. Təqdimatın özü belə gülüş doğurur. Amma bu cür reklam “işbaz həkimlər”in xeyrinə işləyir. Ad çəkmirəm, onsuz da hamı bilir. Bu yaxınlarda televiziya verilişlərinin birində hansısa həkim haqqında danışılırdı. Verilişdə iki aparıcı vardı. Biri o birinə irad tutdu ki, “niyə həkimin reklamını aparırsan? Gəlsin pulunu ödəsin reklam edək onu”. Vəziyyət budur”. “Təbabətin ulduzları” yetişir Professor deyir ki, reklamın əsası korporativ maraqdır: “Apar pulunu ödə, hansı özünü həkim adlandıranı desən məşhurlaşdırsınlar. Təəssüf ki, avam camat buna inanır və reklamara uyurlar. Sosial şəbəkələrdə hər gün bir həkim reklamı qarşımıza çıxır. Reklam olunan da ona etimad edənlərin üzərində eksperiment apara-apara “həkim”ə çevilir və olur “təbabətin ulduz”u. Bu gün kifayət qədər “təbabət ulduzları” yetişir. Siz mənim bircə yerdə rekalmımı görübsünüzmü? Ayıbdır. Həkim bunu özünə rəva görməz. Rəva görənlərin də aqibəti bax u cür həbsxana olur”. “İstənilən həkim kefi istəyən vaxt Azərbaycanda əməliyyata girir” A.Qeybulla bildirir ki, bütün bunlar qanunlardakı boşluqlardan irəli gəlir: “Qanunvericilikdə elə boşluqlar var ki, bunun sayəsində istənilən ölkədən gələn həkim rahatlıqla bizim ölkədə fəaliyyət göstərir. İstədiyi vaxt gün təyin olunur, gəlir əməliyyat edir, pulunu cibinə qoyub gedir. Bizim həkimlər gedib Türkiyə, yaxud başqa ölkələrdə əməliyyat edə bilər, yaxud hansısa xəstəni sadəcə müayinə edə bilərmi? Yox, çünki qanunlar buna imkan vermir. Həkimlərin, dərmanların, tibb müəssisələrinin reklamı tamamilə qadağan olunmalıdır. Hansısa həkim çıxıb deyir ki, “bu mənim öz müalicə üsulumdur”. Sən kimsən axı, öz üsulun da ola?! 20 ildən çoxdur ki, Amrikada robot cərrahlığı tətbiq olunur. Həkim otaqda oturur, əməliyyatı robot icra edir. Bizdə heç robot yoxdur. Biz necə cərrah kimi özümüzü dünya ölkələrilə müqayisə edə bilərik? Utanmaq lazımdır. Bütün bunların hamısı avam camaata hesablanan reklamlardır ki, bu sahədə xeyli uğur əldə edirlər”. Həkim baş verənlərə görə Səhiyyə Nazirliyini ittiham edib: “Nazirlik hara baxır?! Bu məsələyə ciddi nəzarət etməlidir. Təəssüflər olsun ki, qanunlarda boşluqlar var. Bundan da sui-istifadə halları yetərincədir ki, bu cür dəllallar həkim adı ilə insanların sağlamlığı ilə oynayır”. Baş Prokurorluğun məlumatına görə, qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər götürülüb. Bundan başqa onların əməlləri dərman vasitələrinin dövriyyəsini əks etdirən “qara mühasibatlıq” sənədləri, eləcə də “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub. Qeyd edək ki, toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. aia.az Geri dön |