Ana Sayfa > Manşet / Siyasət > Milli Məclisdə maraqlı HADİSƏ - deputatlar gündəliyin əleyhinə çıxdılar
Milli Məclisdə maraqlı HADİSƏ - deputatlar gündəliyin əleyhinə çıxdılar1-05-2018, 11:38. Yazar: sevinc1 |
Milli Məclisin bugünkü növbəti iclası başlayan kimi maraqlı hadisə yaşanıb. Modern.az-ın məlumatına görə, spiker Oqtay Əsədov deputatları qeydiyyatdan keçməyə və gündəliyi təsdiqləməyə çağırıb. Bu zaman deputatlardan 10 nəfər düyməni səhv basaraq, gündəliyin əleyhinə səs veriblər. Bu, spikerin maraqlı reaksiyasına səbəb olub və gülərək deputatları yenidən səsverməyə çağırıb. Gündəlik səsə qoyularaq qəbul edilib. aia.az Geri dön |