Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bu ilin 3 ayında 148 nəfər İİV-ə yoluxub - Dəhşətli statistika

Bu ilin 3 ayında 148 nəfər İİV-ə yoluxub - Dəhşətli statistika


30-04-2018, 15:03. Yazar: sevinc1
Bu ilin 3 ayında 148 nəfər İİV-ə yoluxub - Dəhşətli statistika


Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2018-ci ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 148 nəfər təşkil edib ki, onlardan 145-i (98%) Azərbaycan vətəndaşı, 3-ü (2%) isə əcnəbilərdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan AzVision.az-a verilən məlumata görə, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 aprel 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6903 nəfər qeydiyyata götürülüb ki, onlardan 6680-i (96,8%) Azərbaycan vətəndaşı, 223-ü (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5037-i (73%) kişi, 1866-sı (27%) qadındır.

Qeyd olunub ki, İİV-ə yoluxması təsdiq olunmuş 6903 nəfərdən 3087-də (44,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2270 (73,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4367 nəfər təşkil edib ki, onların da 1823 nəfəri İNİ olub. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 160 pasiyentdən 18 nəfərində İNİ aşkar edilb.

aia.az
Geri dön