Ana Sayfa > Manşet / Siyasət > Yeni hökumətin birinci iclasını Prezident keçirəcək - Nazirlər Kabinetindən ilk açıqlama

Yeni hökumətin birinci iclasını Prezident keçirəcək - Nazirlər Kabinetindən ilk açıqlama


30-04-2018, 09:04. Yazar: sevinc1
Yeni hökumətin birinci iclasını Prezident keçirəcək - Nazirlər Kabinetindən ilk açıqlama



Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Maraqlıdır, Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası nə zaman keçiriləcək?

Yeni Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin Aparatın tərkibində dəyişikliklər edəcəkmi?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bu sullarla bağlıModern.azsaytına açıqlama verib.

Akif Əli Nazirlər Kabinetinin iclaslarının bir qayda olaraq ölkə Prezidenti tərəfindən keçirildiyini bildirib.

"Nazirlər Kabinetinin ilk iclası həmişə cənab Prezident tərəfindən keçirilir. Nazirlər Kabinetinin yeni formalaşmış tərkibdə iclasının nə zaman keçiriləcəyi ilə bağlı hələ ki məlumat yoxdur”.

Akif Əli deyib ki, Prezidentin verdiyi sərəncamlar əsasında Nazirlər Kabinetində işlər davam etdirilir.

"Onun vəzifəyə təyin etdiyi Baş nazir, onun müavinləri və digər nazirlər Nazirlər Kabinetinin Aparatında yer alıb. Nazirlər Kabinetinin Aparatında qeyd etdiklərimdən əlavə hələ ki heç bir dəyişiklik baş verməyib”.


Nazirlər Kabinetin yeni tərkibi aşağıdakı kimidir:

Baş nazir Novruz Məmmədov

baş nazirin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov

baş nazirin müavini – Əli Cavad oğlu Əhmədov

baş nazirin müavini – Əli Şamil oğlu Həsənov

baş nazirin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov

daxili işlər naziri – Ramil İdris oğlu Usubov

ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev

energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov

ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov

əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev

fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov

gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov

xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov

iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev

kənd təsərrüfati naziri – İnam İmdad oğlu Kərimov

maliyyə naziri – Samir Rauf oğlu Şərifov

mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev

müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov

müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov

nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə

səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev

təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov

vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova

Diasporla iş üzrə dövlət komitəsinin sədri – Fuad Rauf oğlu Muradov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı

Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev

Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev

Əmlak Məsələləri dövlət komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev

Dövlət Miqrasiya xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov

Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Mədət Qəzənfər oğlu Quliyev

Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov

Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov

Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli

Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri -

Əqli Mülkiyyət Agentliyinin sədri -

aia.az
Geri dön