Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda intihara cəhd - Özünü körpüdən atmaq istədi

Bakıda intihara cəhd - Özünü körpüdən atmaq istədi


28-04-2018, 10:41. Yazar: sevinc1
Bakıda intihara cəhd - Özünü körpüdən atmaq istədi


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər kişi körpünun üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

aia.az
Geri dön