Ana Sayfa > Manşet / Siyasət > MSK-ya hesabatı verməyən partiyaların adları məlum olub

MSK-ya hesabatı verməyən partiyaların adları məlum olub


27-04-2018, 10:30. Yazar: sevinc1
MSK-ya hesabatı verməyən partiyaların adları məlum olub



Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların maliyyə hesabatını qəbul etməyə başlayan vaxtdan - 2014-ci ildən indiyədək illik maliyyə hesabatı təqdim etməyən partiyaların adları məlum olub.

“Report”un xəbərinə görə, bunlar Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Hərakat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyasıdır.

Azərbaycan Demokratik Sahibkarlar Partiyası isə yalnız 2014-cü il üzrə maliyyə hesabatını MSK-ya təqdim edib.

Xatırladaq ki, Nazirlər Kabineti 2015-ci lidə “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Əvvəllər siyasi partiyalar maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edirdilər.

aia.az
Geri dön