Ana Sayfa > Karusel / Dünya > Lukaşenko: Bu ölkədə xoruz kimi gəzənlər…

Lukaşenko: Bu ölkədə xoruz kimi gəzənlər…


27-04-2018, 10:08. Yazar: sevinc1
Lukaşenko: Bu ölkədə xoruz kimi gəzənlər…


Suriyadakı müharibələrə qatılan hər kəs buranı silah poliqonu kimi istifadə etməkdən imtina etməli və bu ölkədən çıxmalıdır.

aia.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Onlar Suriyada nə törədirlər? Buraya hətta BMT TŞ-nin daimi üzvləri də aiddir. Suriyadan çıxın, imkan verin ki, Suriya xalqı öz taleyini müəyyən etsin. Siz orada xoruz kimi bir-birinizin qarşısında gəzib, güc göstərirsiniz, ordunuzu burada təlim etdirirsiniz. Sonra bizə deyirsiniz ki, bədbəxt Suriya, baxın necə kömək edirik. Suriyanı poliqon kimi istifadə etməkdən imtina edin”, – deyə o bildirib.

aia.az
Geri dön