Ana Sayfa > Cəmiyyət > Azərbaycana qanunsuz gətirilən 23 mobil telefon aşkar edildi

Azərbaycana qanunsuz gətirilən 23 mobil telefon aşkar edildi


27-04-2018, 10:07. Yazar: sevinc1
Azərbaycana qanunsuz gətirilən 23 mobil telefon aşkar edildi



Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan aia.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön