Ana Sayfa > İdman > AvroLiqada yarımfinal – Bir qələbə, bir heç-heçə

AvroLiqada yarımfinal – Bir qələbə, bir heç-heçə


27-04-2018, 09:11. Yazar: admin
AvroLiqada yarımfinal – Bir qələbə, bir heç-heçə


Ötən gecə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

aia.az-ın məlumatına görə, erkən final adlanan oyunda London "Arsenal”ı Madrid "Atlletiko”sunu qəbul edib. 10-cu dəqiqədə azlıqda qalmasına baxmayaraq, Madrid klubu səfərdən sərfəli nəticə ilə dönməyi bacarıb. Qrizmannın qolu cavab oyunu öncəsi "Atletiko"ya üstünlük qazandıb.

Digər görüşdə isə turnirin sürpriz komandası sayılan Avstriya "Zalsburq”u Fransada "Marsel”in qonağı olub.. Hər hissədə 1 qol vuran Fransa klubu qələbə qazanıb.

26 aprel
Avropa Liqası

Yarımfinalın ilk oyunları
"Arsenal” (İngiltərə) – "Atletiko” (İspaniya) - 1:1
Qollar:Lakazet, 61 (1:0), Qrizmann, 82 (1:1)
Qırmızı vərəqə:Şime Vrsalko, 10 ("Atletiko")
Baş hakim: Klemen Turpin (Fransa)
London. "Arsenal” stadionu

"Marsel” (Fransa) – "Zalsburq” (Avstriya) - 2:0
Qollar:Tauvin, 16, N`Jie, 63
Baş hakim:Villiam Kollum (Şotlandiya)
Marsel. "Velodrom” stadionu

aia.az
Geri dön