Ana Sayfa > İdman / Aia TV / Karusel > ““Demişdim ki, günahlarınızı qələbə ilə yumalısınız”
““Demişdim ki, günahlarınızı qələbə ilə yumalısınız”28-11-2015, 20:48. Yazar: admin |
Bu gün Topaz Premyer Liqasında 14-cü turun növbəti oyunları keçirilir. Aia.az xəbər verir ki, AZAL öz meydanında "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib: "AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov qələbəni belə şərh edib: “Oyunun ağır keçəcəyini hiss edirdik, amma qələbə üçün oynamalı idik. “İnter”ə məğlubiyyətdən sonra futbolçulara demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız. Qələbəyə, mübarizəyə görə futbolçulara təşəkkür edirəm. Açığı, oyunboyu səhvsiz mübarizə apardıq. Sadəcə, hücumda bir qədər problemlərimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir, zədəlilərimiz var". Əhmədov matçdakı gərginlikdən də danışıb: "Həmişə demişəm ki, futbol aqressiv oyundu. Amma mən heç vaxt rəqib futbolçuların nə etdiyinə diqqət eləməmişəm. Məşqçi olan şəxs rəqibin futbolçusuna qarşı aqressiv ola bilməz. “Sumqayıt”ın baş məşqçisi Samir Abasova da məsləhətim odur ki, gələcəkdə rəqib futbolçulara hörmətlə yanaşsın”. Geri dön |