Ana Sayfa > Manşet / Gündəm > Prezident Administrasiyası işçilərinə yeni bina tikiləcək: 20 mərtəbəli, 6 girişli
Prezident Administrasiyası işçilərinə yeni bina tikiləcək: 20 mərtəbəli, 6 girişli25-04-2018, 16:51. Yazar: admin |
Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir. Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb. Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək. Binanın tikintisini "Kontinent İnşaat” MMC həyata keçirəcək. aia.az Geri dön |