Ana Sayfa > Manşet / Şou-biznes > Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı25-04-2018, 13:39. Yazar: admin |
Azərbaycanın ikinci "Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə peykin buraxılışı ilə məşğul "Arianespace” (Fransa) şirkətindən bildirilib. Qeyd olunur ki, aaha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının "GSAT-11" peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilib. Bildirilir ki, dəqiq tarix yaxın zamanlarda elan olunacaq. Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qviana Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq. "Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11" rabitə peykini də çıxaracaq. Azərbaycanın "Azerspace-2/Intelsat 38" peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq. aia.az Geri dön |