Ana Sayfa > Aia TV > Natavan:Bədənimi görənlər üçün bu çoxdur
Natavan:Bədənimi görənlər üçün bu çoxdur24-04-2018, 15:03. Yazar: admin |
Müğənni-bəstəkar Murad Arifin "Popumuz var” proqramının qonağı Natavan Həbibi olub. Adalet.az-ın məlumatına görə, sənətçi avtomobil sürmədiyini deyib: "Əvvəl sürürdüm, indi isə arxada otururam, sürücü idarə edir. Özü də böyük maşınlar idarə edirdim”. Natavan M.Arifin "Özünü seksual hesab edirsən” sualına belə cavab verib: "Bu mövzuda heç vaxt narahat olmamışam. Qadınların mənə qarşı münasibətindən sonra başa düşmüşəm ki, bu problemdir. Qadınlar bu diqqəti özlərinə qarşı görməyəndə, başqalarına çox görürlər. Mən artıq böyümüşəm. Açıq-saçıq geyinəndə özümü rahat hiss etmirəm. Aygün Kazımova, Madonna bu tərzdə böyüyüblər, belə özlərini rahat hiss edirlər. Amma mən özümə qıymıram. Mənim bədənimi görənlər üçün bu çoxdur”. Sənətçinikahdankənar övlad dünyaya gətirmək haqda sualdan danışmaq istəməyib: "Bu mövzuya münasibət bildirmək mənə düşmür. Fikirləşirəm ki, qismətdən asılı olan bir şeydir. Hər bir xanım istəyir ki, rəsmi ailə qursun və övlad dünyaya gətirsin. Alınmayanda özü də, ətrafı da üzülür. Dünyaya gələn uşağın həyatında da problemlər olacaq. Bu məsələyə nə gülə, nə pis, nə də yaxşı baxa bilərəm. Qınaya da bilmirəm, Allah köməkləri olsun. Yaşamamış heç kəsi qınaya bilmərəm. Elə şeylər olub ki, qınamışam, sonra başıma gəlib”. Natavanxalq artistiAygün Kazımovanın "Hardasan” mahnısından danışıb və çox bəyəndiyini deyib. Həbibi bildirib ki, onunla barışdığı üçün vicdanının rahat olduğunu deyib: "Bomba mahnıdır. Bu yaxınlardan maşında gedirdik. Dedim ki, ay Allah, bu mahnı nə yaxşı indi çıxdı. Çünki indi vicdanla qulaq asıram. Münasibətimiz pis olanda "Yenə tək” mahnısını dinləyirdim, amma ondan incik olduğum üçün vicdanım rahat durmurdu, deyirdi ki, "yaxşı da, kişi ol”. aia.az Geri dön |