Ana Sayfa > İdman / Aia TV / Karusel > Nardaranda telefon xətləri də kəsildi

Nardaranda telefon xətləri də kəsildi


28-11-2015, 19:21. Yazar: admin

Rəsmi açıqlama.

Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil.

Aia.az xəbər verir ki, bunu “APA-Economics”ə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.

Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb:

“Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə “APA-Economics” qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Geri dön