Ana Sayfa > Manşet / Təhsil > UTECA tələbələri Bakı Limanında olub

UTECA tələbələri Bakı Limanında olub


23-04-2018, 18:22. Yazar: admin



Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələrindən ibarət “Port of Baku” komandası Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib. 10 nəfərdən ibarət komanda üzvləri Tədris şöbəsinin müdiri Piri Axundov və Logistika təlim-tədris mərkəzinin müdiri Əsgər Babazadənin rəhbərliyi ilə limanın rəhbər şəxsləri ilə görüşüb, anbar və terminallarda iş prosesi ilə tanış olublar.

Əvvəlcə iclas otağında limanın məsul işçiləri tələbələr qarşısında təqdimatla çıxış ediblər. Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi və yeni istifadəyə verilmiş Ro-Ro terminalı barədə qonaqlara ətraflı məlumat verilib. Limanın İstismar xidmətinin rəisi Yucin Seah və digər struktur rəhbərləri qeyd edib ki, təsdiqlənmiş baş plana əsasən, yeni liman kompleksinin birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, 100 min ədəd konteyner təşkil edir. Ümumilikdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir.

Limanın istehsalat ərazisi ilə tanışlıq zamanı tələbələrə buraya daxil və xaric olan yüklər, yük aşırmaları, yüklərin istismar qaydaları və daşınma qurğuları, avadanlıqlar, anbarlarbarədə geniş məlumat verilib. Gələcəyin logistika mühəndislərini maraqlandıran sullarla limanin mütəxəssisləri tərəfindən ətraflı izahat gətirilib.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC və Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında imzalanmış memorandum mütəxəssis hazırlığının bir sıra başqa istiqamətləri üzrə əməkdaşlığı da nəzərdə tutur.

aia.az






Geri dön