Ana Sayfa > İdman / Aia TV / Karusel > Cüdoçularımız Qran-pri turnirində 3 medal qazandılar - FOTO
Cüdoçularımız Qran-pri turnirində 3 medal qazandılar - FOTO28-11-2015, 19:13. Yazar: admin |
Elmar Qasımov, Orxan Səfərov və Rüstəm Orucov. Koreya Respublikasının Jeju şəhərində keçirilən Qran-pri turnirinin sonuncu günündə cüdo üzrə Azərbaycan millisi daha bir bürünc medala sahib olub. Oxu.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov yarımfinala gedən yolda pakistanlı Hüseyn Şah, İran təmsilçisi Cavad Mahjoubu və rusiyalı Arsen Omarovu məğlub edib. Yarımfinalda kubalı Joze Armentorosa uduzan E.Qasımov bürünc medal uğrunda döyüşdə Yaponiya cüdoçusu Kensuke Sakamotodan güclü olub. Rəqibinə ipponla qalib gələn idmançımız Jeju Qran-prisinin bürünc medalını qazanıb. Eyni çəkidə yarışan digər təmsilçimiz Elxan Məmmədov yeddinci, ağır çəkidə mübarizə aparan Uşanqi Kokouri isə beşinci yerdə qərarlaşıb. Qran-prinin sonuncu günündə tatami üzərinə çıxan digər iki cüdoçumuz – Ramin Qurbanov və Məmmədəli Mehdiyev dörddəbir finala vəsiqə qazana bilməyiblər. Beləliklə, Azərbaycan milli komandası Jeju Qran-prisində üç bürünc medal əldə ediblər. Bürünc medalları Elmar Qasımovla yanaşı, Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) qazanıblar. Geri dön |