Ana Sayfa > Manşet / Gündəm > DİN: Hüseyn Abdullayev tutularaq Azərbaycana gətirilib

DİN: Hüseyn Abdullayev tutularaq Azərbaycana gətirilib


23-04-2018, 11:32. Yazar: admin
DİN: Hüseyn Abdullayev tutularaq Azərbaycana gətirilib



Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib.


APA-nın məlumatına görə, H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib.


Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.


Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.


2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.


Qeyd edək ki, bu barədə ilk məlumatı "Qafqazinfo” saytı yayıb.

aia.az
Geri dön