Ana Sayfa > Karusel / Parlament > Ermənilərin yaraladığı Rahim Hacıyev palataya köçürülüb
Ermənilərin yaraladığı Rahim Hacıyev palataya köçürülüb20-04-2018, 14:36. Yazar: admin |
Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində yaralanan Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini Rahim Hacıyev artıq palataya köçürülüb. Bu barədə AzVision.az-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəhbər Əzizov məlumat verib. O, bildirib ki,xəstənin vəziyyəti orta-ağır olaraq qalır. Qeyd edək ki, aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. aia.az Geri dön |