Ana Sayfa > Təhsil > ATU təmsilçiləri “Qlobalizasiya və ali təhsildə yeni meyarlar” konfransında çıxış ediblər

ATU təmsilçiləri “Qlobalizasiya və ali təhsildə yeni meyarlar” konfransında çıxış ediblər


20-04-2018, 14:17. Yazar: admin



19-20 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Univesitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) “Qlobalizasiya və ali təhsildə yeni meyarlar” adlı konfransı keçirilir. Konfransda müxtəlif ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edir.

Tədbirdə Azərbaycan Tibb Universitetini (ATU) Xarici tələbələrlə iş üzrə dekanı, dosent Orxan İsayev və Xarici tələbələrlə iş üzrə dekan müavini Nigar Ələkbərova təmsil edib. Onlar qonaqlara ATU-dakı dərs prosesi, beynəlxalq əlaqələr, tələbələrə yaradılmış yeni şərait və klinikalar haqqında konfrans iştirakçılarına geniş məlumat veriblər.

İki gün davam edəcək konfransda “Bilik transferinə müasir yanaşma: Fənlərarası tədqiqat və təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi”, “Sosial məsuliyyət və bilik transferi. Universitet və sənaye əməkdaşlığı” və “Ali təhsildə bərabərlik: təkliflər və imkanlar” mövzuları müzakirə ediləcək.

Qeyd edək ki, Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir.

aia.az




Geri dön