Ana Sayfa > Karusel / Gündəm > SOCAR vitse-prezidentinin müşaviri niyə işdən çıxarıldı...
SOCAR vitse-prezidentinin müşaviri niyə işdən çıxarıldı...20-04-2018, 11:23. Yazar: admin |
2017-ci ilin dekabrında SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilən keçmiş mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilib. Modern.az-a daxil olan məlumata görə, N.Quliyevin işdən azad olmasına səbəb qurumla bağlı kimlərləsə məxfi yazışması olub... Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq, N.Quliyevin işdən çıxarılmasını təsdiqləyib: “Nizaməddin Quliyev ərizə yazaraq işdən ayrılıb”. Xatırladaq ki, ötən il SOCAR-da mətbuatla əlaqələrin qurulması vahid strukturda birləşdirilərək optimallaşdırılıb. Belə ki, qurumun mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilərək, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilib. SOCAR-ın yeni yaradılan İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəisi vəzifəsinə Rüfət Zamanov, onun müavini vəzifəsinə isə İbrahim Əhmədov təyinat alıb. R.Zamanov buna qədər SOCAR-ın Protokol idarəsinin rəisi vəzifəsində çalışıb. aia.az Geri dön |