Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Narkoloji Mərkəzin direktoru yanğına görə işdən çıxarılıb - Yenilənib
Narkoloji Mərkəzin direktoru yanğına görə işdən çıxarılıb - Yenilənib19-04-2018, 16:01. Yazar: admin |
Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov vəzifəsindən azad edilib. Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, direktor martın 2-də mərkəzdə baş verən yanğınla əlaqədar işdən xaric olunub. S.Əhmədovanın sözlərinə görə, Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası Aytən Səmədovaya həvalə edilib. Qeyd edək ki, martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub. aia.az Geri dön |