Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-1 > Quba inkişafa səs verib

Quba inkişafa səs verib


18-04-2018, 13:20. Yazar: admin






Ziyəddin Əliyevin rəhbərliyi altında Quba RİH-nin fəaliyyəti
xalq-iqtidar birliyinindaha da möhkəmlənməsinə xidmət edir


Ölkə Prezidenti cənab İlham Əliyevin aprel ayının 11-də keçirilmiş növbəti seçkilərdə inamlı qələbəsi ilə əlaqədar Azərbaycanın şəhər və bölgələrində yaşanan coşqu hələ də səngimək bilmir. Dövlət başçımızın daha bir möhtəşəm qələbəsini yüksək əhval-ruhiyyə ilə qeyd edən bölgələrimizdən biri də Quba rayonudur.

Əlbəttə ki, bu qələbə əslində gözlənilən idi. Çünki Azərbaycan xalqı öz gələcəyini kimə etibar edəcəyini, bu gələcəyi kiminlə quracağını çox yaxşı bilir. Artıq seçki öncəsi Qubada keçirilən ictimai rəy sorğularının nəticələri də əhalinin mütləq əksəriyyətinin öz səslərini kimə verəcəyinə dair heç bir şübhəyə yer qoymurdu.
Digər rayon və bölgələrimiz kimi, Quba da bu gün məhz dövlətimizin, ölkə rəhbərliyinin və şəxsən Prezident İlham Əliyevin bu bölgəyə göstərdiyi xüsusi diqqət və qayğının sayəsində sürətlə inkişaf edir. Əlbəttə ki, bu yönümdə Quba rayon rəhbərliyinin səmərəli fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Belə ki, regionlarımızın iqtisadi inkişafının təmin olunması baxımından bu məqsədlə hazırlanmış müvafiq dövlət proqramlarının dəqiq icrası, dövlət başçımızın qarşıya qoyduğu vəzifələrin dürüst yerinə yetirilməsi məhz rayon və bölgələrimizdə yerləşən hakimiyyət orqanlarının fəaliyyətindən asılıdır. Məhz elə bu baxımdan da Quba Rayon İcra Hakimiyyətinin fəaliyyəti yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Əliyev Ziyəddin İsmayıl oğlu Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılardan birində biz artıq bu yeni təyinatın Qubanın həm ictimai-siyasi həyatına, həm də iqtisadi inkişafına stimullaşdırıcı, təkanverici amil kimi təsir göstərməsindən söz açmışdıq. Biz xüsusi olaraq qeyd etmişdik ki, Qubada ötən ilin son günləri həqiqətən də müxtəlifliyi, rəngarəngliyi və ən əsası da sosial-iqtisadi baxımdan yüksək səmərəliliyi ilə seçilib. Bölgədən aldığımız xəbərlərdən məlum olur ki, Quba RİH-nin və digər yerli qurumların fəaliyyətlərində eyni intensivlik və dinamika indi də davam etməkdədir. Prezident seçkilərindən sonra isə, bu göstəricilər daha da yüksəlib.

Təbii ki, bütün bunlar ilk növbədə ölkə rəhbərliyi tərəfindən son dərəcə düşünülmüş və düzgün kadr siyasətinin aparıldığını bir daha təsdiqləyir. Eyni zamanda da Quba RİH-nin fəaliyyəti bölgə miqyasında xalq-iqtidar birliyinin bariz nümunəsi kimi öz təzahürünü tapır.

aia.az

Tural Əsədov
Geri dön