Ana Sayfa > Aia TV > "Onları "qara siyahı"ya atıram" - Damla

"Onları "qara siyahı"ya atıram" - Damla


17-04-2018, 13:40. Yazar: admin







Türkiyəli müğənni Damla sosial şəbəkələrdə mənfi rəy yazan istifadəçilərə münasibətini bildirib.

aia.az türk mətbuatına istinadən xəbər verir ki, ifaçı deyib ki, çox az hallarda ona tənqidi şərhlər yazılır:

"Belə olan halda onları silirəm, "qara siyahı"ya atıram. Sosial şəbəkədəki hesabım mənim balaca dünyamdır. Orada təhqir görmək istəmirəm. Əgər mənə bu cür şərhlər yazılsa, İnstaqram səhifəmi bağlayaram. Baxmayaraq ki, orada məni izləyən 20 min insan var, bundan heç heyfslənmərəm".

aia.az
Geri dön