Ana Sayfa > Karusel / Ölkə > Zaqatala İcra Hakimiyyəti: Selin fəsadları aradan qaldırılıb
Zaqatala İcra Hakimiyyəti: Selin fəsadları aradan qaldırılıb17-04-2018, 13:06. Yazar: admin |
Zaqatalada sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb. aia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov məlumat verib. Komissiya sədri bildirib ki, hadisə nəticəsində ən çox ziyan Muxax kəndinə dəyib: "Həmin kənddə bəzi evlərin zirzəmisinə su dolmuşdu, həyətyanı sahələri sel basmışdı. Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsinin əməkdaşlarının köməyi ilə həyətlər və evlərin zirzəmiləri təmizlənib. Məcrasından çıxmış çayların yataqlarında bərkitmə işləri aparılıb. Hazırda işlər davam etdirilir. Hadisə nəticəsində evlərə ciddi ziyan dəyməyib. Kənd sakininə məxsus avtomobili sel aşırıb, bəzi əkin sahələrinə ziyan dəyib. Hazırda rayon rəhbərinin tapşırığı və nəzarəti ilə yerlərdə araşdırmalar aparılır, dəymiş ziyan müəyyənləşdirilir. Dəymiş ziyan müəyyən ediləndən sonra akt tərtib ediləcək və müvafiq qurumlara göndəriləcək". T. Əhmədov qeyd edib ki, hazırda elektrik enerjisi və qazın verilişində problem yoxdur. Xatırladaq ki, aprelin 15-də Zaqatalada güclü leysan yağışları nəticəsində Katex və Dəliçay çayları məcrasından çıxıb, bir neçə kəndi sel basıb. Hadisə nəticəsində 200-ə yaxın həyətyanı sahə su altında qalıb, 15-dək evin zirzəmisi və 1-ci mərtəbəsinə su dolub. Bununla yanaşı, Katex çayı üzərindəki körpü ilə hərəkət edən "VAZ" markalı avtomobil selin gücündən körpüdən çaya aşıb. aia.az Geri dön |