Ana Sayfa > Manşet / Gündəm / Ölkə / İqtisadiyyat > Beyləqanlılar öz səslərini güclü Azərbaycana, parlaq gəlcəyə veriblər

Beyləqanlılar öz səslərini güclü Azərbaycana, parlaq gəlcəyə veriblər


17-04-2018, 12:57. Yazar: admin





Aprel ayının 11-də keçirilmiş növbəti seçkilərdə Azərbaycan xalqı bir daha güclü dövlətinə, ictimai-siyasi stabilliyə, dinamik iqtisadi inkişafa, bir sözlə öz parlaq gələcəyinə səs verdi. Öz yenilməz iradəsini bütün dünyaya nümayiş etdirən xalqımız Ölkə Prezidenti cənab İlham Əliyevin inamlı qələbəsini bu gün də böyük sevinc hissi və ruh yüksəkliyi ilə qeyd etməkdədir. Əlbəttə ki, bu seçim nə kortəbii, nə də təsadüfi ola bilməz. Bütün ölkə ərazisində xüsusilə son 15 il ərzində müşahidə olunan dinamik iqtisadi inkişaf, artıq çoxdan vətəndaşların normal həyat tərzini təmin edən ictimai-saiyasi sabitlik, Azərbaycanın beynəlxalq mövqeylərinin durmadan yüksəlməsi və ölkəmizin getdikcə öz qüdrətini artırması və son illər əldə olunan bütün digər uğur və nailiyyətlərməhz növbəti prezident seçkilərinin nəticələrini müəyyənləşdirmiş amillər kimi çıxış etdilər.

Bu gün ölkə rəhbərliyinin və şəxsən Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edən bölgələrimizdən biri də Beyləqan rayonudur. Azərbaycan regionlarının inkişafını nəzərdə tutan xüsusi dövlət proqramlarının bu rayonda dürüst icrası, son illər Beyləqanın yeni inişaf mərhələsinə çıxmasını təmin etmişdir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, rayonda kənd təsərrüfatının və sənayenin inkişafı, aqrar sektorun meliorasiya-irriqasiya və digər infrastruktur təminatı, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisi, istilik və qaz təchizatının, su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin genişləndirilməsi və yeniləşdirilməsi kimi önəmli məsələlər daim Beyləqan RİH-nin rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Təxirəsalınmadan həllini gözləyən bu tədbirlərin icrasına vaxtında nail olmaq üçün ayrılan dövlət vəsaitindən, daxili resurs və imkanlardan səmərəli və məqsədyönlü istifadə edilir. Məhz bu yönümdə Beyləqan RİH-nin başçısı Vaqif Abdullayevin fəaliyyəti də öz səmərəliliyi ilə yerli ictimaiyyətin, rayon sakinlərinin rəğbətinə səbəb olur.

Qısa arayış:
Abdullayev Vaqif İdris oğlu 1956-cı il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir. Əsərləri rus, ingilis, latış, gürcü, ukrain dillərinə tərcümə olunmuşdur.Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.
02.04.2007-ci il tarixdən Xızı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib,10.04.2012-ci il tarixdən Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ölkə Prezidenti cənab İlham Əliyev Vaqif İdris oğlu Abdullayevi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir.


Biz hər zaman belə bir fikri xüsusi olaraq vurğulamışıq ki, regionlarımızın iqtisadi inkişafının təmin olunması baxımından bu məqsədlə hazırlanmış müvafiq dövlət proqramlarının dəqiq icrası, dövlət başçımızın qarşıya qoyduğu vəzifələrin dürüst yerinə yetirilməsi məhz rayon və bölgələrimizdə yerləşən hakimiyyət orqanlarının fəaliyyətindən asılıdır. Məhz elə bu baxımdan da Beyləqan Rayon İcra Hakimiyyətinin fəaliyyəti yerli əhali tərəfindən yüksək qiymətləndirilir.
Təbii ki, belə olan təqdirdə xalq-iqtidar birliyinin də artıq sadəcə bir şüar deyil, əsil həqiqəti əks etdirən bir reallıq olduğu heç kəsdə şübhə doğurmur. Bu gün istər Beyləqanda, istərsə də ölkənin bütün digər şəhər və bölgələrində növbəti prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhtəşəm qələbəsinin böyük coşqu və ruh yüksəkliyi ilə qeyd olunması da bu sarsılmaz birliyin daha bir göstəricisi, təsdiqidir.

aia.az

Fuad Vəliyev
Geri dön