Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Nardaran işıqsız qaldı

Nardaran işıqsız qaldı


27-11-2015, 21:07. Yazar: admin

Qəsəbəyə verilən elektrik enerjisi kəsilib.

“Azərişıq” ASC Bakının Nardaran qəsəbəsində abunəçilərin elektrik enerjisi ilə təchizatında yaranmış problemlə bağlı məsələyə aydınlıq gətirib.

Aia.az xəbər verir ki, ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev “APA-Economics”ə bildirib ki, qəsəbədə elektrik enerjisinin təchizatında yaranan problemlərin səbəbi abunəçilərin borcunun olmasıdır.

O, dəfələrlə xəbərdaqlıq edilməsinə baxmayaraq, əhalinin borcunu ödəmədiyini, bu səbəbdən də qəsəbəyə verilən elektrik enerjisinin kəsildiyini deyib.
Geri dön