Ana Sayfa > Təhsil > ATU ilə Malatyanın Ünönü Universiteti arasında protokol imzalandı

ATU ilə Malatyanın Ünönü Universiteti arasında protokol imzalandı


16-04-2018, 10:27. Yazar: admin




Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Türkiyənin Malatya İnönü Universitetinin nümayəndə heyəti arasında görüş keçirilib. Görüşün əsas məqsədi iki ali təhsil ocağı arasında olan müqavilənin yenilənməsi, şərtlərinin müzakirəsi olub.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq etdiklərini bildirdi: “Bəzən universitetlər arasında bağlanan müqavilələr elə sənəd üzərində qalır. Mən həmişə işlək əməkdaşlıqların tərəfdarıyam. Sizinlə fəal əməkdaşlığımız olub. Bu, çox sevindirici haldır”.

Malatyanın İnönü Universitetinin rekrotu, prof. dr. Ahmet Kızılay iki ali təhsil ocağı arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Universitetlərimiz arasında pratokol imzalanıb. Sizinlə daima qarşılıqlı təhsil mübadilələri etmişik, xüsusilə də, transplantologiya şöbəsi ilə birgə əməliyyatlar etmişik. İstərdim ki, bu əlaqələr digər sahələrdə də olsun”.

Daha sonra iki universitet arasında pratokol imzalandı.

Görüşdə həmçinin İnönü Universietinin rektor köməkçisi prof. dr. Nusret Akpolat, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosnet Nadir Zeynalov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov və I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov iştirak edirdilər.

aia.az







Geri dön