Ana Sayfa > Manşet / Siyasət > Bakı polisindən mitinq açıqlaması: "1000 nəfərədək insan..."

Bakı polisindən mitinq açıqlaması: "1000 nəfərədək insan..."


14-04-2018, 16:35. Yazar: admin
Bakı polisindən mitinq açıqlaması: "1000 nəfərədək insan..."



Bakı Şəhər Baş Polis İdarəsi aprelin 14-də Milli Şuranın keçirdiyi mitinqlə bağlı məlumat yayıb. İdarədən aia.az-a daxil olan məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

"Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

aia.az
Geri dön