Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Davudoğlu da Bakıya gəlir

Davudoğlu da Bakıya gəlir


27-11-2015, 16:29. Yazar: admin
Davudoğlu da Bakıya gəlir
Türkiyənin baş naziri Əhməd Davudoğlu da Azərbaycana səfər edəcək

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşü zaman bildirib.

M.Çavuşoğlunun sözlərinə görə, baş nazirin Bakıya səfəri dekabrın 3-nə nəzərdə tutulub.

Səfər çərçivəsində Ə.Davudoğlu bir sıra rəsmi görüşlər keçirəcək. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq, regional və dünya əhəmiyyətli məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bu, Əhməd Davudoğlunun Türkiyə hökumətinin yeni tərkibinin təsdiq olunmasından sonra ilk rəsmi səfəri olacaq.
Geri dön