Ana Sayfa > Karusel / Siyasət > Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”

Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”


14-04-2018, 11:46. Yazar: admin
Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”



İranın ali dini rəhbəri ayətullah Əli Xamenei ABŞ, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb.



APA-nın “Tasnim” agentliyinə istinadən yaydığı xəbərə görə, Ə. Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib. “Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir”, - deyə o, söyləyib.



Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.

aia.az
Geri dön