Ana Sayfa > Gündəm > Akif Nağı Hacıbala Abutalıbovdan yer istədi

Akif Nağı Hacıbala Abutalıbovdan yer istədi


12-04-2018, 11:58. Yazar: admin
Akif Nağı Hacıbala Abutalıbovdan yer istədi




Qarabağ Azadlıq Təşkilatı (QAT) növbəti, 5-ci qurultayının keçirilməsi üçün yer ayrılması ilə əlaqədar Bakı şəhər İcra hakimiyyətinə müraciət göndərib. Modern.az-ın məlumatına görə, müraciətdə qurultayın 2018-ci il mayın 12-də təxminən 1000 (min) nəfər nümayəndə və qonağın iştirakı ilə keçiriləcəyi bildirilir, uyğun yerin ayrılması xahiş olunur. QAT sədri Akif Nağı bildirib ki, qurultaya hazırlıq komitəsi 2 aydır fəaliyyət göstərir, qurultaya nümayəndəliklərin say tərkibi müəyyənləşdirilib, qurultayda seçkili orqanların hesabatlarının dinlənilməsi, uyğun qərarların qəbul olunması, sədr və digər qurumlara seçkilərin keçirilməsi nəzərdə tutulur. QAT sədri vurğulayıb ki, qurultayda təqdim olunacaq əsas xətt Qarabağda azadlıq müharibəsinin dərhal başlanması tələbi ilə bağlıdır.

aia.az
Geri dön