Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bahar Muradovadan Nardaranla bağlı açıqlama

Bahar Muradovadan Nardaranla bağlı açıqlama


27-11-2015, 16:13. Yazar: admin
Bahar Muradovadan Nardaranla bağlı açıqlama
Azərbaycanda heç kim öz gizli məqsədlərini nə din, nə də siyasi pərdələr altında gizlədərək həyata keçirməməlidir

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaranda baş verən hadisələrə qiymət verərkən deyib.

Vitse-spikerin sözlərinə görə, gizli məqsədlər əvvəl-axır aşkarlanır və qiymət verilir: "Ona görə də hər bir kəsə Azərbaycandakı demokratik ab-havadan, sərbəst toplaşmaq azadlığından istifadə edərkən qanunun tələblərini unutmamağı tövsiyə edirəm".

Nardaranda baş verənləri narahatlıq doğuran hadisə sayan B.Muradova bunları hüquqa zidd hərəkətlər sayıb: "Hüquqa zidd hərəkətin isə hüquqi qiyməti verilməlidir. Hesab edirəm ki, müvafiq dövlət qurumları öz vəzifələrini zamanında və uyğun şəkildə yerinə yetirməkdədirlər".
Geri dön