Ana Sayfa > Gündəm > Prezident seçkilərini 59 mindən çox müşahidəçi izləyəcək

Prezident seçkilərini 59 mindən çox müşahidəçi izləyəcək


10-04-2018, 15:35. Yazar: admin
Prezident seçkilərini 59 mindən çox müşahidəçi izləyəcək


Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləyəcək beynəlxalq və yerli müşahidəçilərin yekun sayı açıqlanıb.

AzVision.az-ın məlumatına görə, seçkiləri izləmək üçün MSK-da 894 beynəlxalq müşahidəçi (60 təşkilat, 59 ölkə) qeydiyyatdan keçib. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.
Qeyd edək ki, seçkiləri beynəlxalq müşahidəçilər daxil olmaqla ümumilikdə 59 min 69 müşahidəçi izləyəcək.

aia.az
Geri dön