Ana Sayfa > Manşet / Gündəm > 12 mindən çox polis gücləndirilmiş iş rejiminə keçdi

12 mindən çox polis gücləndirilmiş iş rejiminə keçdi


10-04-2018, 10:42. Yazar: admin
12 mindən çox polis gücləndirilmiş iş rejiminə keçdi


Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.

aia.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən bu gündən etibarən polis əməkdaşları gücləndirilmiş iş rejimə keçib.

Qeyd edək ki, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin etmək üçün 12000-dən çox polis cəlb ediləcək.

aia.az
Geri dön