Ana Sayfa > Şou-biznes / Karusel > Mindən çox məhbus həbsxanadan qaçdı
Mindən çox məhbus həbsxanadan qaçdı1-07-2015, 07:08. Yazar: admin |
Hadisə ölkənin üçüncü böyük şəhəri olan Taizdə ötən gün baş verib. Yəmənin cənub-qərbində yerləşən həbsxanadan 1200 məhbus qaçıb. Onların içində "əl-Qaidə" terror təşkilatının üzvləri də var. ANS PRESS-in məlumatına görə, hadisə Yəmənin üçüncü böyük şəhəri olan Taizdə ötən gün baş verib. Husilərlə rəqibləri arasında atışma həbsxananı darmadağın edib. Yerli hakimiyyətin məlumatına əsasən, bu rəqəm ilkin hesablamalardı və ümumiyyətlə, dəqiq neçə məhbusun qaçdığı bəlli deyil. Bu, Yəmən həbsxanalarında baş verən üçüncü belə hadisədir. Xatırladaq ki, bu ilin martından Yəməndə vəziyyət qarışıb. Husilər (şiələr) ölkə prezidentinin devrilməsini istəyir. Səudiyyə Ərəbistanının başçılığı ilə husilərə qarşı hava hücumu endirmək üçün koalisiyası yaradılıb. Lakin hava zərbələri də heç bir nəticə verməyib. Husilər Yəməndə böyük əraziləri tutublar. Onları keçmiş prezident Əli Abdullah Salehə sadiq qüvvələr dəstəkləyir. Ölkənin hazırkı prezidenti Abd-Rabbu Mansur Hadi isə Səudiyyə Ərəbistanına qaçıb və orada gizlənib. Geri dön |