Ana Sayfa > Manşet / Cəmiyyət > İtkin alpinistlərlə bağlı yeni AÇIQLAMA

İtkin alpinistlərlə bağlı yeni AÇIQLAMA


9-04-2018, 17:27. Yazar: admin
İtkin alpinistlərlə bağlı yeni AÇIQLAMA


"Alpinistlərin axtarışları davam etdirilir". Bu barədə "Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib. Havaların isinməsilə axtarışların nisbətən asanlaşmasına gəlincə, Z.Qasımov deyib ki, hava şəraiti iki gündür mülayimləşib: "Ona görə də dağlardakı qarın belə tez əriyəcəyini güman etmirəm. Amma bütün bunlara rəğmən axtarışlar davam etdirilir".

Qeyd edək ki, 26 dekabr 2017-ci il axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.

FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. Modern.az

aia.az
Geri dön