Ana Sayfa > Karusel / Ölkə > DTX və DİN-nin birgə əməliyyatı - Təhlükəli maddə satmaq istəyən silahlı "zek" tutuldu - FOTO
DTX və DİN-nin birgə əməliyyatı - Təhlükəli maddə satmaq istəyən silahlı "zek" tutuldu - FOTO9-04-2018, 11:12. Yazar: admin |
![]() Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində insan sağlamlığına mənfi təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb. DİN-dən Milli.Az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Şöbəsinə (PŞ) Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi barədə məlumat daxil olub. ![]() Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarəsi və DİN-nin Nizami RPİ-nin 25-ci PŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb. ![]() Polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman 585 qram civə, bir ədəd kustar üsulla hazırlanan tapança və 6 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində civəni satmaq niyyəti ilə əldə etdiyini və bu məqsədlə Masallı rayonundan Bakıya gətirdiyini etiraf edib. ![]() Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir. Pünhan Mirzə Geri dön |