Ana Sayfa > Karusel / Gündəm > Əfv istəyənlər hansı cinayətləri törədiblər… - AÇIQLAMA
Əfv istəyənlər hansı cinayətləri törədiblər… - AÇIQLAMA7-04-2018, 12:03. Yazar: admin |
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam etməkdədir. Novruz bayram;ndan sonra komissiyanın bir neçə iclası keçirilib və 100-lərlə müraciətə baxılıb. Komissiyasının katibliyi, Əfv Məsələləri üzrə sektor hər gün fasiləsiz olaraq işləyir”. Bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, komissiyaya müxtəlif cinayət törətmiş şəxslər barəsində müraciətlər daxil olub. “Bunlar demək olar ki, Cinayət Məcəlləsinin əksər maddələri - şəxsiyyət, mülkiyyət, idarəçilik əleyhinə, nəqliyyat, iqtisadi fəaliyyətlə bağlıdır”. Komissiya üzvü bildirib ki, ömürlük azadlıqdan məhrum edənlərlə də bağlı müraciətlər daxil olur. “Müraciətlərə baxılır. Bu proses hələ başa çatmayıb . Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunmaları üçün məhkumların siyahısı Prezidentə təqdim olunacaq. Ölkə başçısı tərəfindən kimin əfv olunması dəqiqləşdiriləcək. Bu məsələ dövlət başçısının müstəsna səlahiyyətlərinə aiddir . Eyni zamanda, əfv sərəncamının verilməsi də cənab prezidentin səlahiyyətinə aiddir”. Qeyd edək ki, Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir. aia.az Geri dön |