Ana Sayfa > Gündəm / Aia TV / Karusel > “Leyla Əliyeva əkizləri ilə sərgidə - Fotolar
“Leyla Əliyeva əkizləri ilə sərgidə - Fotolar26-11-2015, 23:08. Yazar: admin |
Heydər Əliyev Fondunun dəstəyi ilə istedadlı uşaqların əl işlərindən ibarət sərgi və hərrac keçirilib. Aia.az buro247.az-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi, "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakı və regionlardan müxtəlif uşaq evləri və uşaq bağçalarından olan istedadların 400-dək rəsm və digər əl işləri sərgilənib. Tədbirin sonunda uşaqların əl işlərinin hərracı təşkil olunub. Hərracdan toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədilə sərf ediləcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu tədbir istedadlı uşaqların yaradıcılığına dəstək, onların istedadının inkişaf etdirilməsi və ictimaiyyətə təqdim olunması məqsədi daşıyır. Geri dön |