Ana Sayfa > Gündəm > Əfv Komissiyasının iclasları davam edir
Əfv Komissiyasının iclasları davam edir6-04-2018, 16:24. Yazar: admin |
![]() Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda 600-ə yaxın müraciətə baxılıb. Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir. aia.az Geri dön |