Ana Sayfa > Manşet > Fazil Məmmədov xəstəxanaya yerləşdirilib? - Eks nazirdən açıqlama

Fazil Məmmədov xəstəxanaya yerləşdirilib? - Eks nazirdən açıqlama


6-04-2018, 14:02. Yazar: admin
Fazil Məmmədov xəstəxanaya yerləşdirilib? - Eks nazirdən açıqlama


Dünən bir sıra saytlarda sabiq vergilər naziri Fazil Məmmədovun infarkt keçirməsi və onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.

"Qafqazinfo" xəbər verir ki, bizimyolinfo.com saytı yayılan məlumatla bağlı keçmiş vergilər naziri ilə əlaqə saxlayıb. F. Məmmədov açıqlamasında məlumatın yalan olduğunu bidirib. “Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldı. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”,- deyə Fazil Məmmədov bildirib.

Qeyd edək ki, yayılan xəbərlərdə bildirilirdi ki, sabiq nazirin qəfildən ürəyi tutub və o Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

AİA.Az
Geri dön