Ana Sayfa > Manşet / Səhiyyə / Seçilənlər > Milli Onkologiya Mərkəzi kimlərin hədəfindədir?

Milli Onkologiya Mərkəzi kimlərin hədəfindədir?


6-04-2018, 12:02. Yazar: admin
Milli Onkologiya Mərkəzi kimlərin hədəfindədir?



Millət vəkili Kəmaləddin Qafarov niyə böhtana məruz qoyulub?

Son vaxtlar biz hamımız ölkəmizi, dövlətimizi sevməyən, uğurlarımızı həsəd və qısqanclıq hissi ilə qarşılayan bəzi düşmən qüvvələr tərəfindən Azərbaycana qarşı şər və böhtan kampaniyalarının xüsusilə intensivləşdiyini müşahidə etməkdəyik. Özləri azərbaycanlı olsalar da müəyyən xarici ölkələrdə, öz himayədarlarının patronajı altında məskunlaşmış bu qüvvələr internet resurslarında təxribat xarakterli çıxışlar etməklə hansısa məqsədlərinə nail olmağa çalışırlar. Maraqlıdır ki, bəzi mənbələr bu məqsədin ölkəmizdə stabilliyi pozmaqdan ibarət olduğunu söyləsələr də, əslində belə cılız “hücumların” hansısa ictimai təsir gücünə malik ola biləcəyi heç də inandırıcı səslənmir.

Digər tərəfdən isə, bəzi daxili qüvvələrin bu kimi çıxışlardan öz məqsədləri üçün yararlanma cəhdləri daha maraqlı görünür. Məsələn, son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində müəyyən dövlət məmurlarının və ya millət vəkillərinin yuxarıda qeyd etdiyimiz təxribat cəhdlərinə qarşı passiv mövqelərdə qalmalarından bəhs edən yazılar dərc olunur. Təbii ki, kimsə böhtançı youtube “ulduzlarına” qarşı daha sərt reaksiya verilməsi tələbini irəli sürürsə bu, onun özəl vətəndaş haqqıdır və əslində bunu təqdir etmək lazımdır. Amma məsələ bundadır ki, sözügedən yazılarla daha yaxından tanış olduqda, mövzunun əslində tam fərqli olduğu bəlli olur. Məlum olur ki, əslində müəllif sadəcə olaraq tənqid hədəfi kimi seçdiyi məmura qarşı dərhal, yazının ilk sətirlərindəcə oxucuda mənfi rəy yaratmaq məqsədilə “təxribatçılar” mövzusuna müraciət etmişdir.

Elə 9 saylı Binəqədi ikinci seçki dairə komissiyasından V çağırış Azərbaycan Respublikası Milli Məclisin üzvü, Milli Məclis Səhiyyə Komitəsinin üzvü, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov barəsində bu günlərdə bəzi KİV səhifələrində dərc olunmuş material da məhz bu üslubda hazırlanmışdır. Yazının girişində bir neçə cümlə ilə Kəmaləddin Qafarovu “təxribatçılara” qarşı passiv olmaqda suçlamaqla, müəllif özünə sanki bir hücum platsdarmı hazırlayır. Bundan sonra isə, hər zaman rastlaşdığımız əsassız ittihamlar, “çamuratmalar” və daha nələr, nələr...

Çox maraqlıdır ki, Kəmaləddin Qafarovu hədəf kimi seçmiş mətbu orqanlarından bəziləri onu hətta Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərovla “soyuq münasibət saxlamaqda” belə ittiham edirlər. Halbuki, həmin mətbu orqanının keçmiş səhifələrində bu icra başçısının özünün də tənqid olunduğu yazılara kifayət qədər rast gəlmək olar.

Digər gülünc bir ittiham isə bundan ibarətdir ki, müəllif Kəmaləddin Qafarovun ixtisasca maliyyəçi olduğunu əsas gətirərək, onun Milli Onkologiya Mərkəzində baş direktorun müavini vəzifəsini tutmasına irad bildirir. Görəsən mövzu ətrafında “əsaslı araşdırma” apardığını iddia edən müəllif, heç olmasa Milli Onkologiya Mərkəzinin baş direktorunun ştat üzrə beş müavini olduğundan və onlardan da birinin məhz maliyyə işləri üzrə mütəxəssis olmasından xəbərdardırmı? Yoxsa müəllif elə zənn edir ki, nəhəng bir səhiyyə müəssisəsinin maliyyə işlərini kiçik bir mühasibatlıqla idarə etmək olar?

Amma daha bir neçə sətirdən sonra, nəhayət ki, müəllifin özünün ölkəmizdə cərəyan edən hadisələrə, gedən proseslərə münasibəti, baxış bucağı aşkar olunur. Belə ki, müəllif açıq-aşkar Kəmaləddin Qafarovu “Azərbaycanın indiki maliyyə sabitliyinin pozulmasından, devalvasiya, böhran”dan danışmağa, “çıxış yolları haqda” fikir yürütməyə çağırır(!). Çox maraqlıdır, görəsən müəllif ölkəmizdə böhranı hansı sahələrdə müşahidə edir..?


aia.az

Mehman Əsədov
Geri dön