Ana Sayfa > Qərbi Azərbaycan / Manşet / Karusel > Göyçayın həkimləri qəza keçirmiş şəxsi şikəst ediblər
Göyçayın həkimləri qəza keçirmiş şəxsi şikəst ediblər26-11-2015, 22:13. Yazar: admin |
Səbuhi Quliyev: «Qardaşım Akifi səhv müalicə edib şikəst etdilər, digər qohumuma isə yanlış diaqnoz qoyublar» Göyçay rayonunun Qaraməryəm kənd sakini Səbuhi Quliyev Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovdan şikayətçi düşüb. JAM.AZ-a müraciət edən Quliyev bildirir ki, qardaşı Akif Quliyev bu ilin iyunun 3-də ağır avtomobil qəzası keçirib. O qeyd edir ki, qardaşının müalicə etdirilməsi üçün Göyçay Mərkəzi Xəstəxanasına müraciət ediblər. Lakin Famil Zeynalov, habelə travmatoloqlar Elman və Mərdalı onlardan pul tələb edərək, yalnız bu halda müalicə apara biləcəklərini deyiblər. Göyçay sakini bildirir ki, maddi imkanları olmadıqlarından tələb olunan pulu verə bilməyiblər. Həkimlər də pulsuz iş olduğunu görüb, Akif Quliyevi və onunla bərabər xəsarət almış qohumunu demək olar ki, şikəst ediblər. «Famil Zeynalov, Mərdalı və Elman qardaşım Akifi şikəst etməklə kifayətlənməyib, yaralı olan digər qohumumuza da səhv diaqnoz qoyublar. Bu adamlar o qədər özbaşınılıqla məşğuldurlar ki, oksigen balonuna qoşulması üçün lazım olan reduktoru qəza keçmirmiş qardaşıma aldırıblar. Baş verənlərlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edim. Lakin baş həkim mənim xəbərim olmadan adımdan izahat yazaraq, təqdim etdiyim faktların yalan olduğunu bildirib». JAM.AZ-a məlumat verən Quliyev bildirir ki, üzləşdiyi problemlərdən dolayı Göyçay Prokurorluğuna müraciət etsə də, xeyri olmayıb. Belə ki, prokuror Muxtar Eminov həmyerlisi Famil Zeynalovla bağlı şikayətləri ya ört-basdır edib, ya da araşdırmadan bir kənara qoyub. «Famil Zeynalovun arxasında tələbə yoldaşı olan səhiyyə nazirinin müavini Elsəvər Ağayev dayanır. Ona görə də, edilən şikayətlərin bir çoxu baxılmamış qalır. Zeynalov həmçinin gənclərlə bağlı saxta sənədlər düzəldərək, onların hərbidən yayınmasına yardımçı olur». Xatırladaq ki, Famil Zeynalovla bağlı şikayət ilk deyil. İndiyə qədər ondan xeyli sayda insan şikayət etsə də, heç bir tədbir görülməyib. Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. Geri dön |