Ana Sayfa > Dünya / Karusel > Rejissor Zöhrab Ağayev: "Düzdür elələri var ki, Aygün Kazımovaya nankor çıxıblar..."

Rejissor Zöhrab Ağayev: "Düzdür elələri var ki, Aygün Kazımovaya nankor çıxıblar..."


1-07-2015, 07:07. Yazar: admin
Rejissor Zöhrab Ağayev: "Düzdür elələri var ki, Aygün Kazımovaya  nankor  çıxıblar..."
Tanınmış klipmeyker Zöhrab Ağayev pop diva Aygün Kazimovaya yenidən klip çəkmək arzusundadır.

Aia.az -ın məlumatına görə, Zöhrab Ağayev sosial şəbəkədə Azərbaycanın xalq artisti Aygün Kazımovanın “Sevən Gəlbim” adlı klipi paylaşaraq təəssüratlarını qeyd edib: “2006-cı ildə mənə çox böyük papulyarlıq şöhrət gətirən klipim, təşəkkurlər Sizə Aygün Kazımova. Baxmayaraq ki, o zaman mənim 22 yaşım var idi, amma mənə inandız və dəstək olduz, mən bunu heç vaxt itirmərəm şou – biznesdə mənim mənəvi anamsız. Aygün xanım hər zaman gənclərə dəstək olub və olur. Bu gözqabagındadı, düzdür elələri varki ona nankor çıxıblar. Hansılar ki, əlindən tutub səhnəyə gətirib oxumağa öyrədən səhnədə durmağı mikrafon tutmağı böyük səhnələrə çıxmağı öyrətdiyi müğənnilər bügünki gündə deyirlərki Aygün kimdi? Amma halbul ki hər bir şeyi, geyinməyi, dəbi şou yaratmağı hamsını Aygün xanımdan öyraniblər, nə yaxşı ki, tarix var və biz tarixi çox yaxşı xatırlayırıq. Həmin o Aygün kimdi deyən müğənnilər hər zaman sizin arxanızda durub ikinci səs, yəni bekvokallarınız olub, neçə keçmişdə elə indinin özündə də onlar ikinci planda və qat – qat sizdən arxadadılar, 2006-cı ildə mənə bu sevinci yaşadınız, mənə klip çəkdirdiniz inşallah bu sevinci yenidən tezliklə yaşamaq istərdim, sözlər ürəyimdən gəldi yazdım. Kiminsə sözlərim xoşuna gəlmirsə bir parca keks yeyib üstündən su içsin. ”

Qeyd edək ki, Azərbaycanın xalq artisti, müğənni Aygün Kazımovaya musiqisi və sözləri Cəlal Qurbanova aid olan “Sevən gəlbim” adlı mahnıya klipin çəkilməyinə rejissor Zöhrab Ağayevə 2006 ildə həvalə olunmuşdur.
Geri dön